“Çox şadam ki, İngiltərənin adlı-sanlı komandası məni transfer edir”
07.01.2011 - 13:42
“Everton”a keçidimə görə sevinirəm. Çox şadam ki, İngiltərənin adlı-sanlı komandası məni transfer edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayev deyib.
Milli komandamızın da üzvü olan 18 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqası təmsilçisi “Everton”un heyətində yer alacaq. Araz onun transfer məsələsi ilə bağlı Bakıya gələn, mətbuat konfransında iştirak edən Liverpul təmsilçisinin nümayəndələrinə minnətdarlıq edib: “Sağ olsunlar ki, sayıb gəliblər. İnşallah, “Everton”dakı karyeram uğurlu olar. Gənc yaşlarımda uğurlara imza atar, çempion olaram. “Everton”da yaxşı nəticələrə imza atacağıma inanıram”.
Abdullayevin “Everton”da möhkəmlənməsi üçün əsas şərtlərdən biri ingilis dilini yaxşı bilməsidir. Hər halda, bu, komandada ünsiyyət baxımdan çox vacibdir. Araz dil məsələsi ilə bağlı apasport.az saytının əməkdaşının sualını belə cavablandırdı: “Bu məsələyə xüsusi diqqət yetirirəm. İngilis dilini öyrənməklə bağlı hazırlıq kurslarına gedirəm. İstəyirəm ki, bu dili mükəmməl bilim. İngiltərədə olduğum zamanı “Everton”un baş məşqçisi, komanda yoldaşlarıma tərcüməçisiz, sərbəst danışa bilmək arzusundayam”.
Mehman SÜLEYMANOV

0
0