Adrian Mutu rəsmən “Qalatasaray”da!
07.01.2011 - 14:34
Adrian Mutu rəsmən “Qalatasaray”da!
“Qalatasay” dövrələrarası fasilədə üçüncü transferini rəsmiləşdirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi Kolin Kazım və Emmanuel Kulionun ardından rumıniyalı futbolçu Adrian Mutu ilə 3 illik müqavilə imzalayıb.

Mutu bu mövsümün sonunacan 1,2 milyon və hər çıxacağı oyuna görə 15 min avro qazanacaq. Bundan sonra isə onun illik gəliri 2,2 milyon avro olacaq.

Qeyd edək ki, 2006-cı ildən İtaliyanın “Fiorentina” klubunda çıxış edən 31 yaşlı hücumçunun “Qalatasaray”a keçidi pulsuz başa gəlib.