“Everton” rəsmisi: Azərbaycanda istedadlı futbolçular var
07.01.2011 - 15:09
“Biz gənc futbolçuların inkişafında maraqlıyıq. Komandamız son 15 ildə bir sıra gəncləri heyətinə cəlb edərək, yetişdirib. Araz Abdullayev də diqqətimizi çəkən belə istedadlı futbolçulardandır. Onu Azərbaycan və Şotlandiyanın 21 yaşlılardan ibarət yığmaları arasındakı keçirilən, gözəl qol vurduğu rəsmi oyunda bəyəndik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İngiltərənin “Everton” klubunun İnkişaf Əlaqələri Departamentinin rəsmisi Con Merbak deyib.
“Neftçi” və Azərbaycan yığmasının 18 yaşlı yarımmüdafiəçisi keçidi ilə bağlı Bakıya həmkarı David Harrisonla birgə səfər edən Merbak gənc futbolçuların yetişdirilməsinə xüsusi diqqət yetirir: “Araz onun üçün hazırladığımız xüsusi proqramla məşq edəcək. O, gələn ay düşərgəmizə gələcək və hazırlıq durumu ilə yaxından tanış olacağıq. Futbolçu özü ilə həmyaşıdları ilə məşq edərək, oyunçu səviyyəsini artırmaq imkanı qazanacaq. 18-19 yaşlı futbolçularımızın xüsusi proqramla hazırlığı öz nəticəsini verir. Buna görə də İngiltərə Premyer Liqasında çıxış edən komandamızın möhtəşəm heyəti var. Abdullayevin potensialını üzə çıxarmaq üçün ona bu proqramı təqdim etmişik”.
“Everton” rəsmisi Arazın əsas komandaya düşüb, möhkəmlənməsini qısa müddətli iş saymır: “Bu, uzun müddətli əməyin nəticəsidir. Əlbəttə, gənc futbolçuların qarşısına müəyyən maneələr çıxır və inkişaf etmək üçün bunları dəf etməlidirlər. Abdullayevin yüksək səviyyəyə çatdırmaq üçün birgə çalışmalıyıq. Komandamızın baş məşqçisi David Moyes Arazla bağlı müsbət fikirdədir. Futbolçu yanına getdikdən sonra onunla daha yaxından tanış olmaq imkanı qazanacaq. Həmin vaxt Abdullayev “Everton”un baş məşqçisinin rəhbərliyi altında çalışacaq. Buna qədər isə Arazla Moyesin köməkçisi əlaqə quraraq, tapşırıqlarını verəcək”.
Merbak azərbaycanlı futbolçularla fikri daha maraqlı oldu: “Azərbaycanda istedadlı futbolçular var. Şotlandiya – Azərbaycan oyununda bunun şahidi olduq. Həmin görüşdə daha çox Arazı gözaltı etdik. Məhz o, tələblərimizə cavab verirdi”.
Mehman SÜLEYMANOV

0
0