“Everton” “Neftçi”nin hədiyyəsini muzeyinə aparır - FOTO
07.01.2011 - 15:41
İngiltərənin “Everton” klubu Bakıda ilk hədiyyəsini alıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin rəsmiləri David Harrison və Con Merbak “Neftçi” nümayəndələri ilə birgə keçirdikləri mətbuat konfransında tarixi hadisənin şahidi oldular. Arazın geydiyi, arxasında adı olan 17 nömrəli “ağ-qara” forma simvolik olaraq Harrisona təqdim olundu. 1878-ci ildə yaranan, “Everton” bunu 113 illik tarixi olan muzeyinə aparacaq.
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu iki klub arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı son vaxtlar müzakirələrin aparıldığını bildirdi. O, klubun prezidenti Sadıq Sadıqovun tapşırığı ilə beynəlxalq sahədə bir çox işlərin aparıldığını, dünyanın tanınmış və köklü klubları ilə əlaqələrin qurulduğunu diqqətə çatdırdı.
“Neftçi” Sadıqovun prezident postuna gəlişindən sonra 1 ildə “Everton”la yanaşı, “Rubin”, “Qalatasaray”, “Fənərbaxça” ilə əlaqələr yaradıb. Əşrəfoğlu sıx qrafikdə vaxt taparaq, Bakıya gələn “Everton”un nümayəndələrinə minnətdarlıq etdi.
Qeyd edək ki, dünən axşam saatlarında Bakıya gələn ingilis qonaqlar bu gün vətənə dönəcəklər.
Mehman SÜLEYMANOV

0
0