“Xəzər Lənkəran” üçün daha bir namizəd - FOTO
07.01.2011 - 16:19
“Xəzər Lənkəran” üçün daha bir namizəd - FOTO
Rumıniya mətbuatı artıq 6 futbolçu ilə anlaşan Mirça Rednikin “Xəzər Lənkəran”a gətirmək istədiyi növbəti oyunçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız baş məşqçinin Qabriel Boştinanı komandasında görmək istədiyini yazırlar.

34 yaşlı sol cinah yarımmüdafiəçisi “Çimentul”, “Otselul”, “Styaua”, “Dinamo” və “Universtatya” kimi klubların şərəfini qoruyub. Qabi kimi tanınan futbolçu 2005-06-cı illərdə Rumıniyanın əsas milli komandasında da 4 matç keçirib.