Mirça Rednikin 1 milyon 75 min avroluq “bazarlığ”ı
07.01.2011 - 16:07
Rumıniya mətbuatı bu ölkədə oynayan futbolçuları “Xəzər Lənkəran”a “sırımaq”da davam edir. Apasport.az saytının məlumatına görə, həmkarlarımız indi də rumıniyalı baş məşqçi Mirça Rednikin keçidini həll etdiyi oyunçuların siyahısını açıqlayıb.
Onların iddiasına əsasən, çalışdırıcı 6 futbolçunun “Xəzər Lənkəran”a keçidi ilə bağlı ilkin razılıq əldə edib. Maraqlıdır ki, rumınlar bu oyunçuların qiymətlərini də açıqlayıblar.
Andrey Mureşan - 200.000 avro
Karlos Çezinya - 400.000 avro
Katalin Paun - 150.000 avro
Adrian Skarlataşe - 100.000 avro
Nikulae Muşat - 75.000 avro
Aleksandr Kardoso - 150.000 avro
Qeyd edək ki, digərlərindən fərqli, Paun və Muşat adı Lənkəran təmsilçisi ilə hallanan yeni oyunçulardır. 23 yaşlı Katalin mərkəz müdafiəçisidir. Əvvəllər “Rapid” və “Qloriya”da oynamış arxa xətt oyunçusunun son klubu “Petrolul”dur. Müdafiəçi olan 25 yaşlı Nikulae isə “Dinamo”, “Otopeni”, “Astra”, “Universtatya” və “Unirea”da çıxış edib.

0
0