“Ya hər ikisi, ya heç biri”
07.01.2011 - 16:34
“Ya hər ikisi, ya heç biri”
“Çezinyanın komandamıza keçidi tam həll olunmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına açıqlama verən mütəxəssis braziliyalı Karlos Çezinyanın keçidində problem yarandığını açıqlayıb: “Mən o vaxt Çezinyanı komandama qəbul edərdim ki, Stefan Qriqori də “Xəzər Lənkəran”a keçsin. Komandası isə onlardan yalnız birini buraxır. Mən bununla razı deyiləm. Əgər hər ikisinin keçidi ilə bağlı razılıq olmasa, heç birini götürməyəcəyəm. Onsuz da “Xəzər Lənkəran”a gəlmək istəyən o qədər oyunçu var ki... Biz də başqası ilə anlaşacağıq”.