“Neftçi” Antalyaya Nasimovsuz getdi
10.01.2011 - 10:00
“Neftçi” Antalyaya Nasimovsuz getdi
Bakının “Neftçi” klubu bu gün səhər Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, Antalyada baş tutacaq təlim-məşq toplanışına gedən bakılılar səfərə itkilərlə çıxıb. Belə ki, bəzi legionerlər sonradan komandaya qoşulacaq.

Makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgievski Avropada pis hava şəraiti üzündən avtomobil vasitəsilə Bolqarıstana, oradan isə Sofiya-İstanbul-Antalya təyyarə reysi ilə “Neftçi”nin olduğu məkana yollanacaq. Zədəlilərdən həm özbəkistanlı forvard Bahodir Nasimov, həm də litvalı qapıçı Paulius Qribauskas hazırda vətənlərində müalicə olunduğundan komandadan uzaq düşüblər. Nasimov yanvarın 22-də "ağ-qaralar"a qoşularaq, komandanın ikinci təlim-məşq toplanışında iştirak edəcək.