“Qarabağ” albaniyalı müdafiəçisini gözləyir
10.01.2011 - 10:25
“Qarabağ” albaniyalı müdafiəçisini gözləyir
Ağdamın “Qarabağ” klubu artıq Türkiyədədir. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı üçün Antalya şəhərinə yollanan Qurban Qurbanovun komandası bu gecə adı çəkilən məkana çatıb.

Artıq məskunlaşdığı “İC Santai” otelinə çatan “Qarabağ” hələ ki tam heyətlə məşq edə bilməyəcək. Buna komandanın aparıcı oyunçularından olan Admir Telinin komandanın düşərgəsinə çatmamağı səbəb olacaq. Belə ki, albaniyalı legioner yalnız bu gün komandaya qoşulmalıdır.