“Xəzər Lənkəran” həyatımda yeni mərhələnin başlanğıcıdır”
10.01.2011 - 10:38
“Xəzər Lənkəran” həyatımda yeni mərhələnin başlanğıcıdır”
“Mən “Xəzər Lənkəran”a keçməyə hazırlaşıram. Lakin etiraf edim ki, “Dinamo” ilə daha 1 titul qazanmaq da istəyərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun futbolçusu Adrian Skarlataşe deyib.

Adı “Xəzər Lənkəran”la yanaşı hallanan müdafiəçi Rumıniya mətbuatına açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu bildirib: “Bu gün Türkiyənin Antalya şəhərinə gedirəm. Həmyerlimiz Mirça Rednikin baş məşqçisi olduğu “Xəzər Lənkəran”a da orada qoşulacağam. Azərbaycanda yaya kimi oynayacağam. Bu mənim həyatımda yeni mərhələnin başlanğıcıdır. “Xəzər Lənkəran”la çempion titulunu qazanmağa gedirəm. Ümid edirəm ki, “Dinamo” da Rumıniyada buna nail olacaq. Mən isə 1 mövsümdə ikiqat çempionluğa sevinəcəyəm”.