“Bakı” keçmiş futbolçusunu qaytardı
10.01.2011 - 16:37
“Bakı” klubu sabiq legioneri Stevan Batesi qaytarıb. Serbiyalı müdafiəçi apasport.az saytına açıqlamasında karyerasını yenidən “zolaqlılar”ın heyətində davam etdirəcəyini bildirib. Bates “Bakı” ilə münasibətlərini rəsmiləşdirmək üçün ölkəmizə gəlməli olub. O, keçmiş komandası ilə 2,5 illik müqavilə bağladığını söyləyib.
Qeyd edək ki, “Bakı”ya Fransanın yüksək liqasından gələn Bates 2009-cu ilin yayında, komanda makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin vaxtında çempion olduqdan sonra transfer edilmişdi. “Zolaqlılar”da Hacıyevski ilə yanaşı, türkiyəli çalışdırıcılar – Bülənt Korkmaz və Cüneyt Biçərin vaxtında daim əsas heyətdə yer alan mərkəz müdafiəçisi ötən mövsüm gümüş medal və ölkə kubokunu qazanmaqda pay sahibi oldu. Ancaq yayda almaniyalı baş məşqçi Vinfred Şaferin gəlişindən sonra düşərgəni tərk edən Stevanın ailə problemlərinin olduğu deyilirdi.

0
0