“İnter”in rəqibi qələbə qazandı
11.01.2011 - 10:50
Azərbaycan çempionu “İnter”in “Birlik kuboku”ndakı rəqibi Moldovanın “İskra-Stal” klubu yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “poladəridənlər” öz ölkələrinin “Rapid”i ilə qarşılaşıb. “İskra-Stal” bu matçda 4:2 hesabı ilə qalib gəlib. Moldova yığmasının təlim-məşq bazasında keçirilən oyunda “İskra-Stal”ın qollarını Andrey Porfiryanu, Vladimir Kilikeviç və 2 dəfə fərqlənən Aleksandr Suçu vurublar. Baxışda olan sonuncu “Birlik kuboku”na yollanamq şanslarını bir qədər də artırıb.
0
0