Azərbaycan Premyer Liqası dünyada 86-cıdır
11.01.2011 - 10:36
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu il üçün ölkə çempionatlarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü milli çempionatı adına İspaniya sahib çıxıb. 1092 xala malik Primera İngiltərə çempionatını 53 xal qabaqlayıb. İtaliyanın A seriyası isə 1021 xalla planetin 3-cü çempionatı sayılır.
İFFHS-in 125 ölkədən ibarət siyahısında Azərbaycan Premyer Liqası da var. Çempionatımız dünyanın 86-cı birinciliyidir. Klublarımız 2010-cu il ərzində çempionatın hesabına 241 xal toplaya biliblər.
İFFHS-in 125 ölkədən ibarət siyahısında Azərbaycan Premyer Liqası da var. Çempionatımız dünyanın 86-cı birinciliyidir. Klublarımız 2010-cu il ərzində çempionatın hesabına 241 xal toplaya biliblər.
0
0