Rafael Əmirbəyov yenidən “Bakı”da
12.01.2011 - 11:12
“Bakı” klubu Stefan Batesin ardınca daha bir futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, yay transfer pəncərəsində “Gəncə”yə keçən və 6 ay müddətində bu komandanın formasını geyən Rafael Əmirbəyov yenidən “zolaqlıların” heyətinə qaytarılıb.
Qarşılıqlı razılığa əsasən, təcrübəli müdafiəçi mövsümün sonuna qədər “Bakı”nın idman şərəfini qoruyacaq.
Qeyd edək ki, Əmirbəyov “Bakı”nın heyətində ən çox oyun keçirən futbolçudur.
Mənbə: fcbaku.com
Qarşılıqlı razılığa əsasən, təcrübəli müdafiəçi mövsümün sonuna qədər “Bakı”nın idman şərəfini qoruyacaq.
Qeyd edək ki, Əmirbəyov “Bakı”nın heyətində ən çox oyun keçirən futbolçudur.
Mənbə: fcbaku.com
0
0