“Xəzər Lənkəran” üçün 400 min avroluq hücumçu
12.01.2011 - 12:33
“Xəzər Lənkəran” üçün 400 min avroluq hücumçu
“Xəzər Lənkəran” klubu heyətinə daha 1 rumıniyalı futbolçu qatmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, rumıniyalı həmkarlarımız hücumçu axtarışında olan lənkəranlıların Marius Nikulaenin keçidində maraqlı olduğunu iddia edir. Onların yazdığına görə Buxarest “Dinamo”sunun şərəfini qoruyan futbolçunun yaya qədər icarəyə götürülməsi mümkündür. Lənkəranlılar 6 aylıq icarə müddəti bitdikdən sonra isə Nikulaeni 400 min avroya transfer edə bilərlər.

Qeyd edək ki, artıq 4 rumıniyalı oyunçu “Xəzər Lənkəran”ın düşərgəsindədir. Adrian Skarlatake (“Dinamo”, Rumıniya), Andrey Mureşan (“Gloriya”, Rumıniya), Vlad Bujor (“Mersin Idman Yurdu”, Türkiyə) və Nikolae Musat (“Uniria”, Rumıniya) bir neçə gündür komandaya qoşulublar.