“Fənərbaxça”nın nümayəndəsi “Neftçi” – “Xəzər Lənkəran” oyununa gələcək
12.01.2011 - 22:28
“Fənərbaxça” klubunun nümayəndəsi Azərbaycan Premyer Liqasının növbəti turunun mərkəzi oyununu izləyəcək. Bu haqda apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə məlumat verən İstanbul klubunun koordinatoru Şenol Çorlu fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” derbi oyununa baxmaq üçün Bakıya gələcəyini bildirib: “Bildiyimə görə, qış fasiləsindən sonra həmin tarixdə ilk turda Azərbaycanda böyük derbi var. Həmin görüşü Bakıdan baxmaq fikrindəyəm. Futbolçularınızın oyununa daha yaxından izləyəcəyik. Amit Quluzadənin transferindən sonra “Neftçi” ilə qarşılıqlı əməkdaşlığımız olacaq. Təəssüf ki, bu, bir qədər gec oldu. Hər halda, işbirliyimiz təkcə Amitlə yekunlaşmayıb, qarşılıqlı olacaq. Gələcəkdə təşkil edəcəyimiz beynəlxalq turnirə “Neftçi”ni dəvət edəcəyik. İnşallah, gələcəkdə “Neftçi” ilə “Fənərbaxça”nın yoldaşlıq görüşünü də təşkil etmək olar”.
Qeyd edək ki, Amit Quluzadə “Neftçi” ilə birgə yollandığı Antalyadan bu gün İstanbula, “Fənərbaxça”nın düşərgəsinə getdi.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Amit Quluzadə “Neftçi” ilə birgə yollandığı Antalyadan bu gün İstanbula, “Fənərbaxça”nın düşərgəsinə getdi.
Mehman SÜLEYMANOV
0
0