“Araz Abdullayevi vaxtında transfer edə bilmədiyimizə görə peşmanıq”
12.01.2011 - 23:12
“Biz 4 il öncə Amit Quluzadəni yığmanızın heyətində gördüyümüz zamanı digər futbolçularınızı da bəyənmişdik”. Bu sözləri apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında “Fənərbaxça” klubunun koordinatoru Şenol Çorlu deyib. Aşağı yaş qrupları üzrə əlaqələndirici “Neftçi”də transfer etdikləri Amit Quluzadədən başqa komanda yoldaşı Araz Abdullayevi da göz altı edibmiş.
Məlum olduğu kimi, Araz bu ilin yanvarın 1-dən müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsusdur. Çorlu Abdullayevi vaxtında əldən buraxdıqlarına görə heyfsilənir: “Həmin dövrdə oyununu görüb, bəyəndiyimiz Arazı transfer edə bilmədiyimizə görə indi peşmanıq. Ancaq neyləmək olar, qismət belə imiş. Yadımdadır, həmin vaxt digər gənc futbolçunuz - qapıçı Səlahət Ağayev də Amitlə birgə komandamızda idi. Onlar bizə Ərzurumdan gəlmişdilər. Muğladakı “Egey kuboku”nda oyunları izləyən zamanı Arazı da bəyənmişdim. Hətta adını xatırlamadığım məşqçinizlə onunla bağlı söhbətim olmuşdu. Sadəcə, həmin vaxt müəyyən problemlər ortaya çıxdığından, transferi reallaşdıra bilmədik. Səlahət bir sıra Türkiyə klublarına, o cümlədən bizə “yox” deyildi. Klubumuz və AFFA rəhbərliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsas ən “Akademiya” adlanan yeniyetmə futbolçulardan ibarət komandanız bazamızda uzun müddət hazırlıq keçdi. Gələcəkdə də gənc, istedadlı futbolçularınızı diqqətdə saxlayacağıq”.
Mehman SÜLEYMANOV.

0
0