“Xəzər Lənkəran” ilk məğlubiyyətini “Atırau”dan aldı
16.01.2011 - 18:49
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama matçında qüvvəsini sınadı. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb.
“Ağ-yaşıllar”ın məskunlaşdığı “Gloria Serentiy” otelinin meydançasında baş tutan oyunu türkiyəli hakimlər idarə edib.
Baş məşqçi Mirça Rednik komandaya yeni qoşulan çoxsaylı futbolçunu sınaqdan çıxarıb. "Atırau" isə Ramiz Məmmədovun rəhbərliyi altında ikinci yoldaşlıq görüşünə çıxıb.
Oyunda hesabı “Atırau” açıb. 22-ci dəqiqədə nigeriyalı Zito fərqlənib. Bundan 10 dəqiqə sonra “Xəzər Lənkəran” tarazlığı bərpa edib. Baxışda olan almaniyalı Jorem Polenz gözəl qola imza atıb.
Amma sonda sevinən tərəf Ramiz Məmmədovun komandası olub. 65-ci dəqiqədə Aleynikovun zərbəsindən sonra baxışda olan Kosmin Vatka topu qapı torundan çıxarıb.
"Xəzər Lənkəran" (Azərbaycan) - "Atırau" (Qazaxıstan) - 1:2
QOLLAR: Jerom Polenz, 32 - Zito, 22. Aleynikov, 65
“Xəzər Lənkəran”ın start heyəti:
Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beçiri, Ruslan Poladov, Muşad Nikolau, Andrey Muroşan, Jorem Polenz, Rahid Əmirquliyev, Katalin Doman, Qeorqi Mojsev, Duşan Saviç,
“Xəzər Lənkəran”ın heyətində ikinci yarıda meydana çıxanlar
Kosmin Vatka, Adrian Skarlate, Pits Adrian, Elnur Abdullayev, Stelian Stanku, Anar Qasımov, Şəhriyar Xəlilov, Simao Bruno, Vlad Bujor

0
0