Ruslan Poladov oyunu yarımçıq tərk etdi
16.01.2011 - 17:43
“Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Poladov Türkiyədə problemlə üzləşdi. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli sağ cinah müdafiəçisi Qazaxıstanın “Atırau” klubu ilə hazırda keçirilən yoxlama oyununun əvvəlində ayağından ciddi xəsarət alıb. Nəticədə oyunu davam etdirə bilməyən Ruslan meydanı tərk etməli olub. O, dərhal həkim müayinəsinə aparılıb və bundan sonra yaşıl meydana qayıdışına aydınlıq gələcək.
0
0