Rumınlar “Xəzər Lənkəran”ın oyununu çəkir
16.01.2011 - 18:15
Rumıniya televiziyası “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Redniki diqqətdə saxlayır. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu ölkənin “Dolce” idman kanalının əməkdaşları Lənkəran komandasının Qazaxıstanın “Atırau” klubu ilə hazırda davam edən yoxlama oyununu çəkir. Rumın həmkarlarımız həmyerliləri olan Rednikdən müsahibə götürmək fikrindədirlər.
0
0