Uğur Pamuk: Foqtsun etimadını doğrultmağa çalışacağam
17.01.2011 - 17:00
“Azərbaycan yığmasının məşqçisi Uli Ştaynın bizim çalışdırıcıya zəng etdiyini eşitdim. Bu, mənim üçün xoş xəbər oldu”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Almaniyanın “TUS Dornberq” klubunun futbolçusu Uğur Pamuk deyib. Əslən Azərbaycandan olan 22 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə birgə qaldığı “Titanik” otelində azərbaycanlı jurnalistlərə, o cümlədən bəndənizə verdiyi müsahibədən sonda tarixi vətənində tanındı.
Milli komandamızın qapıçılarla işləyən almaniyalı məşqçisi Uli Ştayn “TUS Dornberq”in çalışdırıcı Mario Ermişlə əlaqə saxladıqdan sonra Uğurun çağırılması gündəmə gəlib. Ancaq bu, Pamuk üçün gözlənilməz olmayıb: “Mən Azərbaycan yığmasında oynamaq istəyirəm. Sizə verdiyim müsahibədən və mənimlə maraqlandıqlarından sonra dəvəti gözləyirəm. Antalyada təlim-məşq toplanışını başa vurduq və Almaniyaya qayıdırıq. Orada yığma rəsmiləri ilə əlaqə saxlayacağımız deyilib. Məni yoxlamaq üçün Azərbaycan yığmasının Dubaydakı təlim-məşq toplanışına dəvət olunacağım gözlənilir. Bu, olarsa, baş məşqçi Berti Foqtsun etimadını doğrultmağa çalışacağam”.
Mehman SÜLEYMANOV

0
0