Biri bəyənilmədi, biri bəyənmədi
17.01.2011 - 17:15
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu düşərgəsində olan legionerlərdən 2-si ilə yollarını ayırmalı olub. Apasport.az saytının məlumatına görə, bunlar rumıniyalı Vlad Bujor və almaniyalı Jerom Polenzdir.
Lənkəranlıların baş məşqçisi Mirça Rednik həmyerlisini bəyənmədiyi üçün onu geri qaytarıb. Qazaxıstan təmsilçisi “Atırau” ilə yoldaşlıq oyununda qol vuran Jerom isə həyat yoldaşının istəyi ucbatından karyerasını ölkəmizdə davam etdirə bilməyəcək. Belə ki futbolçunun xanımı Azərbaycanda yaşamaq istəməyib.

0
0