“Xəzər Lənkəran” üçün tanış rəqib
17.01.2011 - 19:00
“Xəzər Lənkəran” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah ikinci yoxlama oyununu keçirəcək. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, rumıniyalı Mirça Rednikin çalışdırdığı komanda bu dəfə Türkiyənin Superliqa təmsilçisi “Kasımpaşa” ilə görüşəcək.
Oyun Qazaxıstanın “Atirau” klubu ilə olduğu kimi, lənkəranlıların məskunlaşdığı “Gloria Serentiy” otelinin meydançasında, yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə 17:00) start götürəcək.
Qeyd edək ki, “ağ-yaşıllar” ilk oyunda Qazaxıstanın Superliqa təmsilçisi, həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau”ya uduzub – 1:2.
Autsayder “Kasımpaşa” indiyədək Antalyada klublarımızla, o cümlədən “Xəzər Lənkəran”la görüşüb. Sonuncu yoxlama oyunu ötən ilin oktyabrında çempionatımızdakı fasilə zamanı elə Rednikin vaxtında olmuşdu. “Kaslmpaşa” həmin görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.

0
0