Ramiz Məmmədovun “Atırau” planları dəyişdi
17.01.2011 - 19:17
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubunun planları dəyişib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın hazırlıqlarının vaxtı qısaldılıb. Belə ki, Məmmədov və yetirmələri əvvəlcədən planlaşdırıldığı kimi yanvarın 29-a kimi deyil, 22-ə qədər Türkiyədə hazırlaşacaq. Geri qayıtdıqdan sonra “Atırau” qısa müddət Qazaxıstanda qalaraq yenidən Antalyaya yollanacaq.
0
0