Ruslan Poladov: Zədəmin sağalması üçün 45 gün vaxt lazımdır
18.01.2011 - 00:01
“Xəzər Lənkəran”ın futbolçusu Ruslan Poladovun “Atırau” (Qazaxıstan) ilə Türkiyədəki yoldaşlıq görüşündə aldığı zədə ciddidir. Bu haqda apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına məlumat verən Ruslan sağ ayağında əzələ bağlarının qırıldığını bildirib.
Rəqibin yetirdiyi xəsarət nəticəsində oyunun əvvəlində meydandan çıxmalı olan təcrübəli müdafiəçinin yaşıl meydana qayıdışı uzun sürəcək: “Bu, ən azı 45 gün çəkəcək. Sağ ayağımda əzələ bağlarından biri qırılıb, birinə ciddi xətər yetirilib. Tam sağalmağımız üçün iki aya yaxın vaxt lazımdır. Bundan sonra məşqlərə başlayıb, oynaya bilərəm. Komandama xeyli müddət kömək edə bilməyəcəyimə görə üzülürəm”.
Qeyd edək ki, ilk mərhələnin qalan 3 oyununu buraxacaq Ruslan ən yaxşı halda, “altılığ”ın əvvəlində meydana qayıdacaq.

0
0