Vinfred Şafer: Mən “Bakı”ya böyük iddialarla gəlmişdim
18.01.2011 - 01:31
“Mən komandaya daha böyük iddia və məqsədlərlə gəlmişdim. Təəssüf ki, əməkdaşlığımız istədiyimiz kimi alınmadı. Hər halda, keçən müddətdə daha böyük işlər görə bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun başməşqçisi postundan istefaya göndərilən Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis bildirib ki, hər şey Avroliqadakı məlum olaylardan sonra başladı: “UEFA-nın Joel Epalleyə görə bizə verdiyi məğlubiyyətindən birinci mərhələdə mübarizəni dayandırdıq. Hər iki oyunda "Buduçnos"tu meydanda udsaq da, çıxışımızı dayandırdıq və bu, bizə psixoloji cəhətdən böyük təsir elədi. Komandanı götürəndə hələ çox şey mənim üçün qaranlıq idi. Futbolçuları yaxından tanımırdım, Azərbaycan çempionatının səviyyəsinə bələd deyildim. Çox ağır günlər keçirdik, çətin anlar yaşadıq. Vəziyyət elə gətirdi ki, komandanı tanımağım altı aya yaxın vaxt apardı. Mövsümün birinci dövrəsində komandanı nisbətən özünə gətirsəm də, stabil nəticələr qazana bilmədik. Amma bu gün "Bakı" bəlli bir məqsəd üzərində dayanıb. Getsəm də, indi də arzulayıram ki, komanda məndən sonra ilk "altılığ"a vəsiqə qazansın. Məncə bu məqsədə çatmaq şansı heç də az deyil. Açığı, "Bakı"nın "altılığ"a düşməsini ən çox prezidentə görə istəyirəm. Bir dost kimi burdan ayrılıram. Bir-birimizə hörmətimiz qalır. Buna heç bir şübhəniz qalmasın".

0
0