“İnter” növbəti mərhələyə qrup birincisi kimi çıxdı - YENİLƏNİB
18.01.2011 - 14:50
“İnter” növbəti mərhələyə qrup birincisi kimi çıxdı - YENİLƏNİB
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Birlik kuboku”nun qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən son ölkə çempionu “İnter”in mübarizə apardığı A qrupunda oyunlara başa çatıb. Son oyununda Moldovanın “İskra-Stal” klubu ilə qarşılaşan Kaxaber Sxadadzenin yetirmələri 1:0 hesabı ilə qalib gəliblər. Bununla da 1/4 finala vəsiqəni matçdan əvvəl təmin edən “İnter” qrup mərhələsini 100 faizli nəticə ilə və qol buraxmadan başa vurub. Təmsilçimiz moldovalıları da qrupda saxlayıb.

Belə ki, Qırğızıstan çempionu “Neftçi” ilə görüşən Tacikistan təmsilçisi “İstiqlal” istəyinə çatıb. Hər komandanın 2 qırmızı vərəqə aldığı oyunda 5 cavabsız qol vuran taciklər qrup ikinciliyini qazanıblar.










“Birlik kuboku”
Qrup mərhələsi, III tur

“İNTER” (AZƏRBAYCAN) – “İSKRA-STAL” (MOLDOVA) - 1:0
QOL: Rövşən Əmiraslanov, 80
Peterburq İdman Konsert Kompleksi

“NEFTÇİ” (QIRĞIZISTAN) – “İSTİQLAL” (TACİKİSTAN) - 0:5
“Zenit” İdman Oyunları Sarayı

1

“İnter”

3

3

0

0

7-0

9

2

“İstiqlal”

3

1

1

1

6-4

4

3

“İskra-Stal”

3

1

1

1

2-2

4

4

“Neftçi”

3

0

0

3

0-9

0