İspaniya yığması Azərbaycan səfərinə hazırlığa başladı
18.01.2011 - 11:36
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İspaniya yığması Bakıda keçiriləcək qarşılaşmalara hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, Xoze Venansio Lopes yetirmələri gələn ay keçiriləcək turnir ərəfəsində Portuqaliya ilə 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Təcrübəli mütəxəssis bu matçlarda bir sıra oyunçularına istirahət verməyi lazım bilib. Belə ki, Lopes Bakıdakı mərhələ ərəfəsində yeniləri də sınamağı lazım bilib.
Qeyd edək ki, Bakıdakı seçmə mərhələdə Azərbaycan və İspaniya ilə yanaşı Qazaxıstan, həmçinin ilkin mərhələnin qaliblərindən biri mübarizə aparacaq.
Qeyd edək ki, Bakıdakı seçmə mərhələdə Azərbaycan və İspaniya ilə yanaşı Qazaxıstan, həmçinin ilkin mərhələnin qaliblərindən biri mübarizə aparacaq.
0
0