“Neftçi” “Rubin”lə razılaşmadı
18.01.2011 - 21:48
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” Rusiyanın "Rubin" komandası ilə qarşılaşmaqdan imtina edib.
Görüşün yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin "Rubin" nümayəndələri bu gün “ağ-qaralar”a müraciət edərək, oyunun yerli vaxtla saat 15:00-da keçirilməsini istəyiblər. Bu isə Antalyada hazırlıq prosesi keçən "Neftçi"nin qrafikinə uyğun olmadığı üçün oyun baş tutmayıb.
Dərhal yoxlama görüşü keçirmək üçün rəqib axtarışına çıxan klub nümayəndələri Rusiya təmsilçisi "SKA-Energiya" ilə anlaşıblar. Beləliklə, "Neftçi" yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da Rusiyanın "SKA-Energiya" komandası ilə yoxlama oyunu keçirəcək.

0
0