“Qoy, öz uşaqlarımız oynasınlar”
19.01.2011 - 00:05
“Təlim-məşq toplanışındayıq. Hazırlığımız planlaşdırıldığı kimi davam edir. Səhər topla, axşam isə topsuz çalışmalara üstünlük veririk”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron”un baş məşqçisi Mirbağır İsayev deyib.
Birinci divizionun lideri olan “Abşeron” uğurlu çıxışı davam etdirmək niyyətindədir. I dövrədə məğlubiyyət acısı dadmayan paytaxt təmsilçisi cəmi 2 oyunda heç-heçə edib. Aktivində 35 xal olan İsayevin yetirmələri ən yaxın izləyicisi “Rəvan”ı 1, üçüncü pillədə məskunlaşan “Neftçi” İSM-i isə 8 xal qabaqlayıb.
Hazırlıq müddətində bir neçə yoxlama matçında gücünü sınayan “Abşeron” bu gün növbəti oyununa çıxacaq: “AZAL-ın əvəzedici komandasına 2:3 hesabı ilə yenildik. Bizimlə birlikdə I divizionda mübarizə aparan “Ədliyyə”nin qapısından isə 5 cavabsız top keçirdik. Bu gün daha bir oyun keçirəcəyik. Rəqibimiz “İnter”in əvəzediciləri olacaq. Təlim-məşq toplanışına isə yanvarın 22-də yekun vuracağıq, ertəsi gün Antalyaya yollanacağıq”.
“Transfer pəncərəsi”nin açılmasından yararlanaraq, heyətində dəyişikliklər edən paytaxt təmsilçisi əsas gənc və perspektivli futbolçularla güclənib. Heyətə əcnəbi oyunçu dəvət etmək haqda düşünməyən baş məşqçi komanda Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə belə yenə yerli gənclərə şans vermək niyyətindədir: “Legioner haqda düşünmürük, götürməmişik, heç götürməyəcəyik də. Hətta komanda Premyer Liqaya vəsiqə qazansa belə, yenə gənclərə üstünlük verəcəyik. Qoy, öz uşaqlarımız oynasınlar”.

0
0