Mirça Rednik: Mən bura hazırlığa gəlmişəm, nəticə qazanmağa yox
19.01.2011 - 00:08
“Heyətə 9 yeni futbolçu gəlib, komanda artıq dəyişib”. Bunu apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi Antalyada toplanışı çərçivəsində ikinci yoxlama matçında qüvvəsini sınadı. Türkiyə Superliqasının autsayderlərindən olan “Kasımpaşa” ilə oyunda “ağ-yaşıllar” böyük hesabla uduzdular. Amma rumıniyalı çalışdırıcı nəticədən narahat deyil: “Komandamızda əsasən fiziki yükləmələr gedir. Doğurdan da futbolçuların oyunu mənim xoşuma gəldi. Amma nəticədən narazıyam. Buraxılan 4 qolda bütün komandanın günahı var. Yorğunluq da özünü göstərir və yaxşı olar ki, buraxdığımız qolları yorğunluqla əlaqələndirək. Biz ritmdə olan" Superliqa komandasına qarşı oynadıq. Rəqibin hazırlığı yüksək səviyyədədir, amma biz fiziki hazırlıq üzərində çalışmışıq. Mənim üçün nəticə vacib deyil”.
Rednik bildirib ki, komandanın tam hazır olması üçün müəyyən zamana ehtiyac var: “İndi mənim üçün əsas hazırlıq və rəsmi oyunlarda nəticə qazanmaqdır. Həm də bu oyunda ilk hissədə bir hücumçu var idi. Həm də ki, bütün futbolçuları sınayıram. Mən bura hazırlığa gəlmişəm, nəticə qazanmağa yox”.

0
0