“Xəzər-Lənkəran” bu gün Alekslə də müqavilə imzalayacaq
19.01.2011 - 13:02
“Xəzər-Lənkəran” bu gün Alekslə də müqavilə imzalayacaq
Bu gün “Xəzər-Lənkəran” klubu daha bir futbolçu ilə müqavilə imzalayacaq. Apasport.az sayının məlumatına görə, rumıniyalı həmkarlarımız yığmalarının sabiq baş məşqçisi Viktor Pitsukanın oğlu Aleksin bu gün Lənkəran təmsilçisi ilə danışıqları yekunlaşdıracağını iddia edir. 28 yaşlı hücumçu ilə müqavilənin isə Bakıda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Pitsurkanın son klubu Krayova “Universtatya”sı olub. Futbolçunun özü isə “Styaua” klubunun yetirməsidir. O, ən böyük uğurunu da burada ilə əldə edib. Aleks 2001-ci ildə Rumıniya çempionu və Superkubokunu qazanıb.