Joze Mourinyonun bloknotu satışa çıxarıldı
19.01.2011 - 15:28
Joze Mourinyonun bloknotu satışa çıxarıldı
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Morinyonun bloknotu satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, tanınmış portuqaliyalı mütəxəssisin qeyd dəftərçəsi 2500 avroya satılacaq. Bu bloknot Morinyonun “Porto”da çalışdığı dövrə aiddir. Həmin vaxt qeydlərini ora yazan çalışdırıcı klubun məşqçilər korpusunda yer alan dostlarından birinə bağışlayıbmış. Həmin “xoşbəxt”in oğlu isə bloknotu satmağa qərar verib.

Qeyd edək ki, 2002-04-cü illərdə “Porto”ya rəhbərlik edən Mourinyo Çempionlar Liqası, UEFA kuboku və iki Portuqaliya çempionluğu qazanıb.