“Xəzər Lənkəran”ın yetirməsi “Dauqava”da
19.01.2011 - 17:48
Latviyanın “Dauqava” klubu azərbaycanlı futbolçu ilə güclənmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Riqa təmsilçisi həmyerlimiz Zaur Teymurovla müqavilə bağlamağa yaxındır.
“Dauqava”nın düşərgəsində olan 22 yaşlı yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərib. O, yoxlama dövründə gözəl oyunu ilə məşqçilərdə özü haqqında müsbət fikir formalaşdırıb.
Qeyd edək ki, Teymurov “Xəzər Lənkəran” klubunun yetirməsidir.

0
0