FİFA və AFFA prezidentləri arasında görüş olacaq
19.01.2011 - 18:10
Ənənəvi olaraq “Birlik kuboku”nu izləməyə gələn FİFA-nın prezidenti Yozef Blatter bu dəfə də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yaraşa biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, turnirin oyunlarını izləmək üçün şimal qonşularımıza qonaq gələn isveçrəli funksioner orada milli assosiasiyaların rəhbərləri ilə görüşəcək.
“Birlik kuboku”nun keçirildiyi Sankt-Peterburq şəhərinə yollanacaq AFFA prezidenti Rövnəq Abdullayev də Blatterlə görüşənlər arasında olacaq. Bu yanvarın 22-də baş tutacaq.
Görüşdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər, FİFA və AFFA arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

0
0