Kaxaber Sxadadze: O, lazımsız münaqişələrin baş verməsinə imkan vermədi
19.01.2011 - 18:24
“Komandamı yarımfinal mərhələsinə yüksəlmək münasibəti ilə təbrik edirəm. Bu gün biz gözəl oyun nümayiş etdirdik və layiqli qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.
Gürcü mütəxəssis bu gün “Birlik kuboku”nun 1/4 final mərhələsində Ermənistanın “Mika” komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Görüşün əvvəli əsəbi keçdi. Futbolçular tez-tez səhvə yol verirdilər. 1-ci qolu vurmaq bizim üçün vacib idi. Mən şadam ki, biz artıq 4 oyun dalbadal top buraxmırıq. İndi yarımfinal ərəfəsində əsas vəzifəmiz bərpa olunmaqdır”.
Sxadadze oyunu idarə edən ədalət təmsilçisinin səhvə yol vermədiyini bildirib: “Bu günkü oyunun hakimini qeyd etmək istərdim. O, görüşü yaxşı idarə etdi və vəziyyətə düzgün nəzarət oldu. Lazımsız münaqişələrin baş verməsinə imkan vermədi. İndi “İnter”in qarşısında “Birlik kuboku”nu qazanmaq vəzifəsi durur. Buna köklənmək üçün bizə başqa stimul axtarmaq lazım deyil”.

0
0