Aleksandr Starkov Azərbaycan futbol tarixində yeni səhifə açdı
20.01.2011 - 13:03
“Bakı” klubunun latviyalı yeni baş məşqçisi Aleksandr Starkov Azərbaycan futbol tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, təcrübəli mütəxəssis ölkəsindən Azərbaycanda işləyəcək ilk çalışdırıcı oldu. Bununla Starkov ölkəmizə 5-ci postsovet məkanının təmsilçisi kimi gəldi və futbol tariximizdə yeni səhifə açdı.
Onun nümayəndəsi olduğu Baltikyanı təmsilçisindən yalnız litvalı Valdas İvanauskas ölkəmizdə çalışmışdı. Ancaq ötən mövsüm Sumqayıtın “Standart” klubunun gətirdiyi tanınmış çalışdırıcının işi qısa müddətli və uğursuz oldu. Nəticədə İvanauskas mövsümün əvvəlində istefaya göndərildi.
Ölkəmizdə ən çox Ukraynadan baş məşqçilər çalışıb – 8 nəfər. “Simurq”un birinci dəstədə baş məşqçiləri olan Anatoli Pıskovetslə Viktor Pışev aşağı divizionumuzda işləyən yeganə əcnəbilərdir. “Simurq”un güclülər dəstəsində ilk baş məşqçisi olan Roman Pokora isə hələ ki uzun müddətli əcnəbi çalışdırıcıdır – 4 il. Zaqatala klubunun tarixində yeganə uğur – bürünc medal və Avroliqaya vəsiqə də ötən yay vəzifəsindən kənarlaşdırılan bu mütəxəssislə bağlıdır.
“İnter”in ukraynalı çalışdırıcılarından Valentin Xodukin ölkəmizdə nəinki ilk çempionluq, ümumiyyətlə, ilk titul qazanan əcnəbi kimi futbol tariximizə düşdü. Yeri gəlmişkən, postsovet məkanından digər Azərbaycan çempionu olan baş məşqçi də “İnter”dəndir. Bu, elə Xodukini 2009-cu ilin iyununda əvəzləyən komandanın hazırkı gürcü çalışdırıcısı Kaxaber Sxadadzedir.
“Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanonki ilk dəfə avrokuboklarda 2 mərhələ keçən (İntertoto kubhokunda) “mütəxəssisimiz” oldu. Onun kimi heç 1 il ölkəmizdə işləməyən həmyerlisi Viktor Pasulko isə çempionatımızda məğlubedilməz yeganə əcnəbidir.
Qeyd edək ki, ölkəmizdə postsovet məkanından Rusiya, Belarus, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Estoniya, Ermənistandan məşqçi işləməyib
Azərbaycanda postsovet məkanından işləmiş baş məşqçilər
Ukrayna – Anatoli Konkov, Oleq Smolyaninov, Valentin Xodukin (hamısı “İnter”), Anatoli Pıskovets, Viktor Pışev, Roman Pokora (“Simurq”), Anatoli Demyanenko (“Neftçi”), Viktor Pasulko (“Xəzər Lənkəran”)
Gürcüstan – Kaxaber Sxadadze (“Standard” və “İnter”), Badri Kvaratsxeliya (“Standard”), Revaz Dzodzuaşvili (“Turan”)
Litva – Valdas İvanauskas (“Standard”)
Latviya – Aleksandr Starkov (“Bakı”)
Moldova – İlya Karp (“Gənclərbirliyi”)
Mehman SÜLEYMANOV

0
0