“Srvena Zvezda”nın qapıçısı “Qarabağ”da
20.01.2011 - 10:23
“Srvena Zvezda”nın qapıçısı “Qarabağ”da
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” klubu baxışa yeni legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandasının heyətinə yeni qapıçı qoşulub. Bu, Serbiyadan olan Bojan Pavloviçdir. 24 yaşlı çərçivə qoruyucusu baxışa öz ölkəsinin tanınmış klubu - “Srvena Zvezda”dan gəlib.
Qeyd edək ki, 186 sm boya malik qapıçı ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Mənbə: qarabagh.com