Stanislav Matyaş: Bizi “İnter”lə oyunda yalnız qələbə qane edəcək
20.01.2011 - 11:20
“Yarımfinalda qarşılaşacağımız Azərbaycan çempionunun oyununu izlədik. Bu komanda çox yaxşı futbolçulardan qurulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zenit” klubunun futbolçusu Stanislav Matyaş deyib.
Sabah “Birlik kuboku”nun yarımfinal mərhələsində Rusiya çempionunun II komandası Bakının “İnter” klubu ilə qarşılaşacaq. Matyaş bildirib ki, bu oyunda onları yalnız qələbə qane edəcək: “Biz “İnter”lə görüşdə yalnız qələbəyə köklənəcəyik. Başa düşürəm, bizi onlarla çətin oyun gözləyir. Amma əlimizdən gələni edəcəyik ki, rəqib qapısına çoxlu qol vuraq. “İnter”lə oyuna hazırlıq da digərlərindən fərqlənməyəcək. Fikrimcə, bu turnirdə hər bir komandanın məqsədi qələbə qazanmaqdır. Biz də bunun üçün bütün gücümüzlə oynayacağıq. Bu günkü istirahətdən sonra Azərbaycan çempionu ilə görüşə tam hazır olacağıq. Çalışacağıq ki, “İnter”in baş məşqçisinin kuboku qazanacağıq sözlərini həyata keçirməyə imkan verməyək”.
Qeyd edək ki, “Zenit” - “İnter” matçı Bakı vaxtı ilə saat 18:00 start götürəcək.

0
0