Rednik həmyerlisini “Xəzər Lənkəran”dan kənarlaşdırdı
20.01.2011 - 13:42
Rednik həmyerlisini “Xəzər Lənkəran”dan kənarlaşdırdı
Antalyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubunun düşərgəsini daha bir futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, baxışda olan rumıniyalı qapıçı Kosmin Vitka bəyənilməyərək geri göndərilib.

Komandanın baş məşqçisi Mirça Rednikin həmyerlisini vətəninə yola salmasında Vitkanın Qazaxıstan “Atırau”su ilə oyunda kuryoz qol buraxması və Türkiyənin “Kasımpaşa” komandası ilə görüşdə isə kobud səhvə yol verməsi mühüm rol oynayıb.
Xatırladaq ki, Kosmin Lənkəran klubuna baxışa Rumıniya “Qaz Metan”ından gəlmişdi.