“Xəzər Lənkəran”ın məşqi canlı yayımda
20.01.2011 - 15:11
“Xəzər Lənkəran”ın məşqi canlı yayımda
Rumıniya mətbuatı Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” klubunu diqqətdə saxlayır. Apasport.az saytının görə, komandanın baş məşqçisi Mirça Rednikə daima böyük diqqət göstərən həmyerliləri bu dəfə “Xəzər Lənkəran”ın səhər məşqinə təşrif buyurublar. “DİCİ Sport” kanalından olan həmkarlarımız “ağ-yaşılların” məskunlaşdığı “Gloria Serentiy” otelinin meydançasında keçirilən səhər məşqini canlı yayımlayırlar.

Qeyd edək ki, bundan öncə Rumıniyanın “Dolce” idman kanalının əməkdaşları Lənkəran komandasının Qazaxıstanın “Atırau” klubu ilə yoxlama oyununda çəkiliş aparmışdı.