Azərbaycanın ilk futbol şərhçisi vəfat etdi
23.01.2011 - 14:42
Azərbaycanın tanınmış jurnalisti, futbol şərhçisi, əməkdar jurnalist Valid Sənani yanvarın 23-də 76 yaşında vəfat edib. Apasport.az saytının məlumatına görə, Sənani uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, bu gün dəfn olunub.
Valid Sənani 12 may 1935-ci ildə Bakıda anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. Həyat yoldaşı Ofeliya Sənani də tanınmış aktyor və televiziya diktorudur.
1952-ci ildə Bakıdakı 7 saylı orta məktəbi, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun «Xəbərlər» baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib.
Azərbaycan televiziyasının ilk futbol şərhçisidir.
Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvüdür.
1989-cu ildə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.
1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var.
Allah rəhmət eləsin!

0
0