“Neftçi” rəhbərliyi “İnter”i təbrik etdi
23.01.2011 - 19:53
“Neftçi” rəhbərliyi “İnter”i təbrik etdi
Bakının “Neftçi” klubu həmşəhərliləri olan "İnter"in uğuruna sevinir. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə “Birlik kuboku” turnirinin ilk qalibi kimi futbol tariximizə düşən flaqman bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışın qalibi olan “bankirlər”i təbrik edib: “Bakının "İnter" klubu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik kuboku" uğrunda yarışın qalibi olub. Bununla da "İnter" "Birlik kuboku"nu 3-cü dəfə Azərbaycana qazandırıb. Fərəhli haldır ki, bu mükafata Azərbaycan klubları arasında ilk dəfə "Neftçi" layiq görülüb. "İnter"in budəfəki yarışda qazandığı nailiyyət bütün idmansevərlər kimi, "Neftçi" rəhbərliyini də sevindirir”.

“Neftçi”nin rəsmi saytındakı təbrik məktubunda bildirilir ki, bu uğur klublarımızın beynəlxalq miqyaslı turnirlərdə ölkəmizi layiqincə təmsil etdiyini göstərir: “Son vaxtlar həm yığma, həm də klub səviyyəsində bir çox nailiyyətlər əldə etmişik. Təbii ki, qazanılan uğurlar AFFA rəhbərliyi tərəfindən aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. AFFA-nın gördüyü işlər beynəlxalq futbol federasiyaları tərəfindən də yüksək qiymətləndirilir. "Birlik kuboku"nun finalında "İnter"i dəstəkləyənlər arasında "Neftçi"nin azarkeşləri də olub. Başda "Neftçi"nin prezidenti Sadıq Sadıqov olmaqla, "İnter"i "Birlik kuboku"nu qazanması münasibəti ilə təbrik edirik”.
Qeyd edək ki, bütün oyunlarda qalib gələn “İnter” finalda Beılarusun “Şaxtyor” klubunu oyun sonrası penaltilərlə yendi