Rövnəq Abdullayev: “İnter” “Birlik kuboku”nu qazanmağa layiq idi
23.01.2011 - 20:14
AFFA prezidenti Rövnəq Abdullayev Bakının “İnter” klubunu Rusiyada keçirilən “Birlik kuboku” turnirinin qalibi olması münasibətilə təbrik edib. Apasport.az saytının məlumatına gprə, Abdullayev bununla bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib: “İnter” klubunu “Birlik kuboku”nda qazandığı qələbə münasibətilə Azərbaycan futbol ictimaiyyəti adından təbrik edirəm. “İnter” turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq kuboku qazanmağa layiq olduğunu nümayiş etdirdi. Ümid edirəm ki, “İnter” bundan sonra da beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış edərək qazandığı qələbələrlə hər birimizi sevindirəcək”.
Qeyd edək ki, AFFA prezidenti “Birlik kuboku”nun yarımfinalında keçirilən “İnter” – “Zenit” oyunundan sonra komandamızın üzvləri ilə görüşmüş, onları qazandığı qələbələr münasibətilə təbrik edərək, uğurlar arzulamışdı.

0
0