”Şaxtyor”un idman direktoru: “Bakı” yaxşı komandadır
23.01.2011 - 21:19
”Şaxtyor”un idman direktoru: “Bakı” yaxşı komandadır
“Bakı” ilə yoxlama oyununda hesabda geri düşdüyümüzdən, tarazlığı bərpa etməli olduq. Buna nail olduq və görüş 1:1 hesabı ilə bitdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Şaxtyor” klubunun idman direktoru Vladimir Niderqaus deyib. Superliqada oynayan Karaqanda təmsilçisi Türkiyənin Antalya şəhərində son yoxlama oyununda “Bakı” ilə 1:1 hesablı bərabərliyə qalıb.
Rusiyanın “Rotor” klubunda çıxışı ilə tanınan ötənlərin məşhur futbolçusu Niderqaus komandamızı güclü rəqib sayır: “Bakı” yaxşı komandadır. Oyun üstünlüyümüz şəraitində keçdi. Bir neçə qol imkanı yaratdıq. Komandamızda Kanat Əliyevin ötürməsindən Serik Dosmanbəyov hesabı bərabərləşdirdi. Qapıçılarımız Aleksandr Qriqorenko ilə Aleksandr Mokin hərəyə bir hissədə oynadılar. Meydana yalnız liderlərimiz Məqsəd Baycanov, Andrey Finonçenko və Aldin Cidiç çıxmadı”.
Qeyd edək ki, “Bakı”nın qoluna millimizin hücumçusu Vaqif Cavadov imza atdı.