Hollandiya millisinin futbolçusu “Qəbələ”də - FOTO
23.01.2011 - 21:30
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” hücum xəttini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, Liberiya əsilli holland Con Kollinzlə 2,5 illik müqavilə imzalanıb.
Hollandiya əsas yığmasında 2 oyun keçirən Kollinz, ölkənin U-19 və U-21 komandalarının heyətində də yer alıb. Con klub karyerasına yerli “Tvente”də start verib. Daha sonra futbol həyatını İngiltərədə davam etdirən Kollinz burada “Fulhem”, “Leyçester Siti”, “Uotford” kimi klublarda tər töküb.
Con 2008-ci ildə yenidən Hollandiyaya qayıdıb. Bir il “NEC Nijmegen” klubunda top qovduqdan sonra Belçikanın “Rozelare” kollektivinə transfer olunub. Con Kollinzin “Qəbələ”dən öncəki komandası isə ABŞ-ın “Çikaqo Fayr” komandası olub.

0
0