Nizami Hacıyev də MOİK-də
23.01.2011 - 21:43
MOİK heyətini gücləndirib. Komandanın mətbuat xidmətinin rəhbəri Aqşin Əliyevin apasport.az saytına verdiyi məlumata görə, həqiqi-hərbi xidmətdə olan daha bir futbolçu – Azərbaycanın U-21 yığmasının üzvü Nizami Hacıyev də ordu klubuna ezam edilib.
O, sabahdan etibarən məşqlərə başlayacaq. Bundan başqa, komandanın baş məşqçisi Ramil Əliyev iki gənc futbolçunun oyununu bəyənib. Bunlar “Muğan”dan transfer olunan yarımmüdafiəçi Ruhid Usubov, eləcə də Arzuman Vəliyevdir.
Baxışda olan digər oyunçularla bağlı yaxın günlərdə qərar veriləcək. Onu da qeyd edək ki, MOİK yanvarın 25-də ikinci yoxlama görüşündə qüvvəsini sınayacaq. “Şəfa” stadionunda saat 13:00-da başlanacaq matçda rəqib I divizion təmsilçisi “Şahdağ” olacaq.
Xatırladaq ki, Nizami Hacıyevdən öncə U-21-in digər üzvü, həqiqi-hərbi xidmətdə olan Emin Cəfərquliyev də MOİK-ə ezam olunub.

0
0