“Neftçi” Türkiyəyə qayıdır
24.01.2011 - 00:06
 “Neftçi” Türkiyəyə qayıdır
Bu gündən "Neftçi" klubunun Türkiyənin Antalya şəhərində keçirəcəyi ikinci təlim-məşq toplanışı başlayır. Apasport.az saytının xəbərinə görə, fevralın 4-dək davam edəcək hazırlıq prosesinə komanda səhər saatlarında Bakı-İstanbul-Antalya təyyarə reysi ilə yola düşəcək. "Mardan" İdman Kompleksində məskunlaşacaq flaqman 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bakılılar "Rudar" (Çernoqoriya), "Arsenal" (Ukrayna), "Şturm" (Avstriya) və "Çelik Zenitsa" (Bosniya və Hersoqovina) ilə də qarşılaşacaq.