“Xəzər Lənkəran”ın dördüncü sınağı
24.01.2011 - 00:10
“Xəzər Lənkəran”ın dördüncü sınağı
“Xəzər Lənkəran” bu gün daha bir yoxlama matçına çıxır. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” yenə Ukrayna Premyer Liqa təmsilçisi ilə qarşılaşır.

Mirça Rednikin komandası Antalyadakı dördüncü sınaq görüşünü “Zarya”ya qarşı keçirəcək. Luqansk təmsilçisi Ukrayna Premyer Liqasında 17 turdan sonra 21 xalla 8-ci yerdədir.

Xatırladaq ki, lənkəranlılar əvvəlki oyunlarda “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4 hesabı ilə uduzub, “Krivbass”ı isə məğlub edib – 1:0.