“Birlik kuboku”nun 2-ci dəfə qalibi olan “İnter”lilər
24.01.2011 - 09:50
Bakının “İnter” klubunun 4 üzvü 2-ci dəfə “Birlik kuboku” turnirinin qalibi olub. Apasport.az saytının məlumatına görə, komandanın qapıçısı Dmitri Kramarenko, gürcü müdafiəçisi Valeri Abramidze və yığmamızın milliləşdirilən ukraynalı yarımmüdafiəçisi Aleksandr Çertoqanov yenə bu yarışın 1-ci başa vurublar.
“İnter”in əsas heyət oyunçuları olan Abramidze ilə Çertoqanov 2006-cı ildə digər paytaxt təmsilçisi - “Neftçi”nin heyətində Moskvada “Birlik kuboku”nu qazanıblar. Millimizin sabiq qapıçısı Kramarenko isə yenə Sankt-Peterburqda qələbəyə sevinib. Ancaq həmin vaxt “Xəzər Lənkəran”ın qapıçısı olan Dmitri “İnter”in heyətində meydana çıxmayaraq, heç adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
“İnter”də 4-cü qalib menecer Səbuhi Səfiyarlıdır. O, 2005 və 06-cı illərdə mətbuat xidmətinin rəhbəri olduğu “Neftçi” ilə finala çıxaraq, sonuncuda qalib olub.
Qeyd edək ki, bəndəniziniz 2006-cı ildə “Neftçi” “Birlik kuboku”nda oynayarkən, turniri işıqlandırmaq üçün Moskvaya ezam olunmuş, ilk tarixi qələbəmizin canlı şahidi olmuşdu.
Mehman SÜLEYMANOV

0
0